Həyatımızda simmetriya
четверг, 2 апреля 2015 г.
Təbiətdə və gündəlik həyatizda simmetriya
Əvvəlcə biz qərara gəldik ki,bu mövzunu 3 hissədən araşdıraq.Mən A.Şəlalə gündəlik həyatımızda simmetriya haqqında araşdırma apardım.
Simmetriya arxitekturadan dekorasiyaya, geyimdən avtomobil dizaynına qədər bir
çox sahədə istifadə edilən və insana estetik baxımdan çox xoş gələn bir
üsuldur. Məsələn, divarda asılı olan aynanın yalnız bir tərəfinə çiçək qoyduqda
bu gözünüzə gözəl görünməyəcək. Ancaq iki tərəfinə eyni çiçəkdən yerləşdirdikdə,
yaranan simmetriya xoşunuza gələcək. Bu səbəbdən, bir çox sahədə simmetriya
şüurlu olaraq istifadə edilir. Siz bir yerdə simmetriya gördükdə, bunun estetik
anlayışı olan şüurlu biri tərəfindən hazırlandığını dərhal anlayırsınız. Bir
bağçaya girdikdə, bağçanın sol və sağ tərəfində, bərabər sayda qarşılıqlı
düzülmüş iki sıra ağac olduğunu görsəniz, bu ağacların bir bağban tərəfindən
şüurlu şəkildə simmetrik olaraq düzüldüyünü anlayırsınız. Çünki qüsursuz
simmetriyanın təsadüfən mövcud olması qətiyyən mümkün deyil. Qısacası,
simmetriya bir dizayn olduğunun və eyni zamanda dizaynerin varlığının
sübutudur.Deməli simmetriya gündəlik həyatımızda bizim sayəmizdə yaranır və gözəllik
üçün istifadə edilir.
Mən O.Nişanə təbiətdə olan simmetriya haqqında araşdırma apardım.Əlinizə bir cüt balıqulağı götürün və simmetrik şəkildə qarşı-qarşıya qoyun.Xətlərin düzülüşündə , böyükdən kiçiyə doğru sıralanmasında qüsursuz bir nizam və simmetriya görəcəksiniz.Təbiətdəki hansı canlı araşdırılırsa araşdırılsın, hər dəfə fövqəltəbii nizam, qüsursuz simmetriya və bənzərsiz rəng müxtəlifliyi görünəcək.Güzgüdə üzünüzə baxın , qüsursuz simmetriya görəcəksiniz.Əlimizə
bir jurnal götürüb vərəqləsək səhifələrdə qarşımıza çıxan insanlar,quşlar,çiçəklərvə kəpənəklə də eyni simmetriyaya
malıkdir.Kainatdakı hər şeyin öz-özünə və təsadüfən ortaya
çıxdığını iddia edən təkamül nəzəriyyəsinin müdafiəçiləri təbiətdəki rəng müxtəlifliyi, nizam və simmetriya qarşısında heç nə deyə bilmirlər.Belə ki, təkamül nəzəriyyəsinin banisi olmasına baxmayaraq ,Çariz Darvin də bu həqiqəti etiraf etmək məcburiyyətində qalmışdır:”Parlaq rənglilik, parlaq dişi kəpənəklər-bu gözəlliyin təbii seeçmə ilə reallaşdığını düşünə bilmirəm.
Mən H.Nağı araşdırma aparacağam ki, simmetriya həyat üçün vacibdirmi yoxsa zəruridirmi?
Simmetriya,
canlılara üstünlük edən bir xüsusiyyətdir,ancaq qətiliklə
ümumiləşdirilə və hər şeyə tətbiq edilə bilməz.Məsələn bir çox bayquşun qulaqları asimmetrikdir.Ayrıca xarici görüşümüz simmetrik olsa belə, iç orqanlarımız qəti bir asimmetriyaya malikdir:ürək soldadır,ağciyərlər asimmetrikdir, qaraciyər, dalaq, bağırsaqlar, bunların hamısı asimmetrikdir.
Simmetriya təməl olaraq heyvana üstünlük təmin edər,çünki ümumiyyətlə təbiətdə bir təhlükənin və ya ovun sağda və ya solda olması ehtimalı böyük nisbətlərdə eynidir.Bu səbəblə simmetrik canlılar təkamülləşmişdir.Məsələn asimmetrik bir leopar,kifayət qədər sürətli qaça bilməz və ya qartal kifayət qədər təsirli uça bilməz.Ancaq bəzən təbiət, ekoloji faktorlar altında simmetriyanı poza bilər onzuz da tam bir simmetriyaya
sahib olmaq statistik olaraq mümkün deyil.Ən bilinən nümunə üzümüzün iki yarısının bir-birindən olduqca fərqli ola bilməsidir.Qollarımızın uzunluqları millimetrlərlə də olsa fərqli ola bilər. Ancaq bəzən inkişaf pozuqluqlarına bağlı olaraq simmetriya dəyişə bilər.Məsələn bəzi insanlarda ayaqlar qollar asimmetrik olar.Bu araşdırmanın sonunda mən qərara gəldim ki,simmetriya həyat üçün zəruridir amma vacib deyil.

Simmetriya nədir
Gəlin belə
bir təcrübə aparaq. Ağ vərəq götürək və üzərinə bir damla mürəkkəb damladaq.
Sonra vərəqi bir neçə dəfə qatlayaq və açaq. Bu zaman bir birinə bərabər şəkillər
alındığını görəcəyik. Əgər vərəqi yenidən əvvəlki qaydada qatlasaq həmin şəkillər
üst-üstə düşəcək. Bu üsulla əldə etdiyimiz şəkillər simmetrik şəkillər,
qatladığımız hissə isə simmetriya oxu adlanır.
Gündəlik həyatımızda
simmetriyanı bir çox yerdə işlədirik. Məsələn:
Güzgüdə
baxdıqda özümüzü simmetrik görürük. Deməli güzgü də simmetriya xəttidir.
Salam bloqumuzun qonaqları
Biz
İsmayıllı şəhər 1 nömrəli məktəbin 5-ci sinif
şagirdləri Ağamaliyeva Şəlalə,Orucova Nişanə,Hüseynli Nağı ətrafımızda gördüyümüz saysız-hesabsız gözəlliyin, əlvan kəpənəklərin, güllərin, bənövşələrin, çiyələklərin, albalıların, göz oxşayan rəngləri ilə tutuquşuların, tovuzquşlarının qısa olaraq bütün ehtişamı ilə yer üzünün füsunkar canlılarının gözəlliyinin səbəbinin simmetriyada olub olmadığını araşdıracağıq. Həqiqətənmi simmetriya təsadüfidir yoxsa canlı orqanizmlərin həyatı üçün zəruridir. Bəs təbiətdə,gündəlik həyatımızda simmetriya pozularsa nə kimi dəyişikliklər baş verər.
Подписаться на:
Комментарии (Atom)









