четверг, 2 апреля 2015 г.

Simmetriya nədir

Gəlin belə bir təcrübə aparaq. Ağ vərəq götürək və üzərinə bir damla mürəkkəb damladaq. Sonra vərəqi bir neçə dəfə qatlayaq və açaq. Bu zaman bir birinə bərabər şəkillər alındığını görəcəyik. Əgər vərəqi yenidən əvvəlki qaydada qatlasaq həmin şəkillər üst-üstə düşəcək. Bu üsulla əldə etdiyimiz şəkillər simmetrik şəkillər, qatladığımız hissə isə simmetriya oxu adlanır.

Gündəlik həyatımızda simmetriyanı bir çox yerdə işlədirik. Məsələn:
Güzgüdə baxdıqda özümüzü simmetrik görürük. Deməli güzgü də simmetriya xəttidir.

Комментариев нет:

Отправить комментарий