четверг, 2 апреля 2015 г.

Təbiətdə və gündəlik həyatizda simmetriya

Əvvəlcə biz  qərara gəldik  ki,bu mövzunu 3 hissədən araşdıraq.Mən A.Şəlalə gündəlik həyatımızda  simmetriya haqqında araşdırma apardım. Simmetriya arxitekturadan dekorasiyaya, geyimdən avtomobil dizaynına qədər bir çox sahədə istifadə edilən və insana estetik baxımdan çox xoş gələn bir üsuldur. Məsələn, divarda asılı olan aynanın yalnız bir tərəfinə çiçək qoyduqda bu gözünüzə gözəl görünməyəcək. Ancaq iki tərəfinə eyni çiçəkdən yerləşdirdikdə, yaranan simmetriya xoşunuza gələcək. Bu səbəbdən, bir çox sahədə simmetriya şüurlu olaraq istifadə edilir. Siz bir yerdə simmetriya gördükdə, bunun estetik anlayışı olan şüurlu biri tərəfindən hazırlandığını dərhal anlayırsınız. Bir bağçaya girdikdə, bağçanın sol və sağ tərəfində, bərabər sayda qarşılıqlı düzülmüş iki sıra ağac olduğunu görsəniz, bu ağacların bir bağban tərəfindən şüurlu şəkildə simmetrik olaraq düzüldüyünü anlayırsınız. Çünki qüsursuz simmetriyanın təsadüfən mövcud olması qətiyyən mümkün deyil. Qısacası, simmetriya bir dizayn olduğunun və eyni zamanda dizaynerin varlığının sübutudur.Deməli simmetriya gündəlik həyatımızda bizim sayəmizdə yaranır və gözəllik üçün istifadə edilir.

Mən O.Nişanə təbiətdə olan simmetriya haqqında araşdırma apardımlinizə bir cüt balıqulağı götürün və simmetrik şəkildə qarşı-qarşıya qoyun.Xətlərin düzülüşündə , böyükdən kiçiyə doğru sıralanmasında qüsursuz bir nizam və  simmetriya görəcəksiniz.Təbiətdəki hansı canlı araşdırılırsa araşdırılsın, hər dəfə fövqəltəbii nizam, qüsursuz simmetriya və bənzərsiz rəng müxtəlifliyi görünəcək.Güzgüdə üzünüzə baxın , qüsursuz simmetriya görəcəksinizlimizə bir jurnal götürüb vərəqləsək səhifələrdə qarşımıza çıxan insanlar,quşlariçəklərvə kəpənəklə də eyni simmetriyaya malıkdir.Kainatdakı hər şeyin özzünə və təsadüfən ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsinin müdafiəçiləri təbiətdəki rəng müxtəlifliyi, nizam və simmetriya qarşısında heç nə deyə bilmirlər.Belə ki, təkamül nəzəriyyəsinin banisi olmasına baxmayaraqariz Darvin də bu həqiqəti etiraf etmək məcburiyyətində qalmışdır:”Parlaq rənglilik, parlaq dişi kəpənəklər-bu gözəlliyin təbii seeçmə ilə reallaşdığını düşünə bilmirəm.


Mən H.Nağı araşdırma aparacağam ki, simmetriya həyat üçün vacibdirmi yoxsa zəruridirmi?
Simmetriya, canlılara üstünlük edən bir xüsusiyyətdir,ancaq qətiliklə ümumiləşdirilə və hər şeyə tətbiq edilə bilməz.Məsələn bir çox bayquşun qulaqları asimmetrikdir.Ayrıca xarici görüşümüz simmetrik olsa belə, iç orqanlarımız qəti bir asimmetriyaya malikdirrək soldadır,ağciyərlər asimmetrikdir, qaraciyər, dalaq, bağırsaqlar, bunların hamısı asimmetrikdir.
Simmetriya təməl olaraq heyvana üstünlük təmin edər,çünki ümumiyyətlə təbiətdə bir təhlükənin və ya ovun sağda və ya solda olması ehtimalı böyük nisbətlərdə eynidir.Bu səbəblə simmetrik canlılar təkamülləşmişdir.Məsələn asimmetrik bir leopar,kifayət qədər sürətli qaça bilməz və ya qartal kifayət qədər təsirli uça bilməz.Ancaq bəzən təbiət, ekoloji faktorlar altında simmetriyanı poza bilər onzuz da tam bir simmetriyaya sahib olmaq statistik olaraq mümkün deyiln bilinən nümunə üzümüzün iki yarısının bir-birindən olduqca fərqli ola bilməsidir.Qollarımızın uzunluqları millimetrlərlə də olsa fərqli ola bilər. Ancaq bəzən inkişaf pozuqluqlarına bağlı olaraq simmetriya dəyişə bilər.Məsələn bəzi insanlarda ayaqlar qollar asimmetrik olar.Bu araşdırmanın sonunda mən qərara gəldim ki,simmetriya həyat üçün zəruridir amma vacib deyil.


Комментариев нет:

Отправить комментарий